"Fənərbağça" "Arsenal"ın futbolçusu ilə maraqlanır
"Fənərbağça" klubu "Arsenal"ın hücumçusunun transferində maraqlıdır.
Sportline.az xəbər verir ki, "sarı-lacivərtlər" mövsüm sonunda ingiltərəli hücumçu Eddi Nkeitanı heyətinə qatmaq istəyir.
"Borussiya Dortmund" və "Kristal Pelas"ın da futbolçu üçün təklif göndərəcəyi bildirilib.
Qeyd edək ki, "Arsenal" klubunun rəsmiləri Eddi Nkeitanın satılmayacağını deyiblər.