"Fənərbağça" azarkeşləri "İstanbulspor" oyunu üçün xareoqrafiya hazırlayacaqlar

Superliqanın son həftəsində “İstanbulspor”u qəbul edəcək “Fənərbağça” azarkeşləri bu oyuna xüsusi hazırlaşır.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "sarı-lacivərtli" azarkeşlər derbi zəfərindən sonra komandaya görkəmli bir şəkildə təşəkkür etmək istəyir.

"Hürriyet" qazetinin xəbərinə görə, "Konyaspor" - "Qalatasaray" matçının hesabından asılı olmayaraq "Fənərbağça" azarkeşləri "İstanbulspor" matçından sonra komandanı çempion kimi qucaqlayacaqlar.

Qeyd edək ki, Super Liqanın 38-ci həftəsində keçiriləcək "Fənərbağça"- "İstanbulspor" oyunu mayın 26-da saat 20:00-da başlanacaq.