"Fənərbağça" azarkeşləri üçün bəd xəbər

“Fənərbağça”nın futbolçusu Çağlar Söyüncünün sıraya qayıtması təxirə salınıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, “Union SG” ilə oyunda zədələnən futbolçu bu günlərdə komanda ilə məşqlərə başlamışdı.

Amma ağrıları daha da şiddətlənən 27 yaşlı müdafiəçinin “Adana Demirspor”, “Qalatasaray” və “Olimpiakos” matçları buraxacağı  gözlənilir.

Qeyd edək ki, Çağlar Söyüncü qış transfer mövsümündə “Atletiko Madrid”dən icarə əsasında “Fənərbağça”ya keçib.

Onun hazırki transfer dəyəri 12 milyon avrodur.