“Fənərbağça” braziliyalı futbolçu ilə bağlı yekun qərarını verib

“Fənərbağça” braziliyalı futbolçu ilə bağlı yekun qərarını verib.

Sportline.az xəbər verir ki, "sarı-lacivərtlər" uzun müddətdir zədədən əziyyət çəkən braziliyalı futbolçu Fredin "Kasımpaşa" ilə matçda əsas heyətə əlavə edilməməsini istəyiblər.

Komandanın baş məşqçisi İsmail Kartal Fredin Türkiyə Super kuboku oyununa kimi zədəsini tam sağaltmasını istəyib.

Qeyd edək ki, "Fənərbağça" "Kasımpaşa" görüşü bu gün Bakı vaxtı ilə 20:00-da başlanacaq.