"Fənərbağça" bu dəfə argentinalı futbolçunu istəyir

Türkiyə nəhənglərindən olan "Fənərbağça" bu dəfə argentinalı yarımmüdafiəçi ilə maraqlanır. 

Sportline.az Sporx.com-a istinadal xəbər verir ki, "sarı-lacivərtlər" İspaniyanın "Real Betis" klubunda çıxış edən 29 yaşlı futbolçu Quido Rodriqezin meneceri ilə görüşüblər və yaz trasnfer pəncərəsi üçün razılaşıblar. 

"Fənərbağça" klubundan verilən məlumata əsasən tərəflər müqavilə haqqında danışmaq üçün mart ayında yenidən bir araya gələcəklər. 

Qeyd edək ki, argentinalı futbolçu bu mövsüm "Real Betis" forması ilə çıxdığı 19 oyunda 1 qol, 1 asistlə yadda qalıb.