"Fənərbağça" daha bir ulduza elçi düşüb
Türkiyə nəhəngi “Fənərbağça” “Mançester Yunayted”in hücumçusu Antoni Marsiyalı transfer etmək qərarına gəlib.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, 27 yaşlı futbolçu ilə şəxsi razılıq əldə olunub.
“Sarı lacivərtlər”in prezidenti Ali Koç transferin ən qısa müddət ərzində reallaşmasını istəyib.
Qeyd edək ki, Atoni Marsial bu mövsüm “Mançester Yunayted” forması ilə çıxdığı 15 oyunda 1 qol, 1 asist müəllifidir.