"Fənərbağça" dayanmır: bu dəfə "Başakşehir"
Türkiyə Superliqasında 3-cü turdan təxirə salınmış daha bir oyun keçirilib.
Sportline.az xəbər verir ki, bu gün lider “Fənərbağça” evdə “Başakşehir"lə qarşılaşıb. "Fənəbağça" rəqibini 4:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, hazırda turnir cdəvəlində "Fənərbağça" 18 xalla 1-ci, “Qalatasaray” 16 xalla 2-ci, “Adana Demirspor” isə 11 xalla 3-cüdür. "Başakşehir" isə 3 xalla 18-cidir.
Türkiyə Superliqası, 3-cü turun təxirə salınmış oyunu
28 sentyabr
"Fənərbağça" – "Başakşehir" - 4:0
Qollar: Djiku, 5. Duarte, 10-avtoqol. Şimanski, 20; 80.