"Fənərbağça" ilə oyuna baxıb Türkiyəyə gəlməkdən imtina elədi

"Yuventus"un və Braziliya millisinin yarımmüdafiəçisi Duqlas Kosta "Samsunspor"la müqavilə imzalamaqdan imtina edib.

Sportline.az xəbər verir ki, o, Super Liqanın 21-ci turunun - "Fənərbağça" - "Samsunspor" matçından (1-1) sonra bu qərara gəlib.

"Tam olaraq meydana qayıtmağım üçün 20-25 gün lazımdı. Deyək ki, martda tam hazır oldum. İki aydan ötrü ölkəni dəyişməyə ehtiyac yoxdur. "Samsunspor"a hazır futbolçu lazımdır", - deyə o bildirib.

Bu haqda jurnalist Yağız Sabinoğlu X sosial şəbəkəsində məlumat yayıb. 

Qeyd edək ki, Kostanın son klubu "Los-Anceles Qalaksi" klubu olub.