"Fənərbağça" baş məşqçi ilə yollarını ayırıb
"Fənərbağça" baş məşqçi İsmail Kartal ilə yolları ayırmaq qərarına gəlib.
Sporline.az jurnalist Yağız Sabuncuoğluna istinadla xəbər verir ki, Türkiyə klubunda İsmail Kartal dönəmi başa çatıb.
"Fənərbağça" 62 yaşlı çalışdırıcının rəhbərliyi altında Super Liqada mövsümü 99 xalla ikinci sırada tamamlayıb.
Kartal mövsümün əvvəlində Jorje Jesusun əvəzinə "sarı-lacivərtlilər"in baş məşqçisi təyin olunmuşdu.
Qeyd edək ki, bu, İsmail Kartalın "Fənərbağça"dakı 3-cü baş məşqçilik təcrübəsi idi.