"Fənərbağça" ispaniyalı futbolçu ilə maraqlanır
"Fənərbağça" klubu hücum xətti üçün ispaniyalı futbolçu ilə maraqlanır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-lacivərtlər" "Real Betis"ə məxsus olan ispaniyalı hücumçu Aleks Kolladonu heyətinə qatmaq istəyir.
24 yaşlı cinah hücumçusu "Real Betis"in futbolçusu sayılsa da hazırda Səudiyyə Ərəbsitanının "Əl-Okhodod" kluunda çıxış edir.
Qeyd edək ki, Aleks Kollado karyerası ərzində "Barselona" və "Elçe" klublarında çıxış edib.