"Fənərbağça" italiyalı futbolçunun transferində maraqlıdır

"Fınırbağça" klubu italiyalı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-lacivərtlər" mövsüm sonunda komandadan ayrılması gözlənilən Fərdi Kadıoğlunun əvəzinə "Roma" klubuna məxsus olan Leanardo Spinatsolanı transfer etmək istəyir.

Qış transfer pəncərəsində "Qalatasaray"ın da maraqlandığı 30 yaşlı cinah müdafiəçisinin Türkiyə Super Liqasında çıxş etmək istəmədiyi bildirilib.

Qeyd edək ki, Leonardo Spinatsolla bu mövsüm "Roma" forması ilə çıxdığı 24 oyunda 1 qol, 4 asistlə yadda qalıb.