"Fənərbağça" Kahveci mövzusuna son qoydu

"Fənərbağça" Moskva ÇSKA-sının İrfan Can Kahveci ilə maraqlanması ilə bağlı xəbəri təkzib edib.

Sportline.az xəbər verir ki, istanbullular bu xəbərin həqiqətdən uzaq olduğunu bildiriblər.

Ötən həftə moskvalıların 28 yaşlı hücumçu ilə yaxından maraqlandığı və qarşı tərəfə təklif ünvanlandığı haqda xəbərlər dolaşırdı.

Qeyd edək ki, bu mövsüm 32 dəfə meydana çıxan Kahveci 12 qol və 9 asist müəllifidir.