“Fənərbağça” keçmiş futbolçusu ilə razılaşdı
"Fənərbağça" klubu keçmiş futbolçusu Sərdar Dursun ilə razılaşıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-lacivərtlər" 32 yaşlı hücumçu üçün "Fatih Karagümrük" klubu ilə razılığa gəlib.
"Fatih Karagümrük" rəsmiləri futbolçunun komandadan ayrıldığını və bu günkü məşqə qatılmayacağını açıqlayıblar.
Qeyd edək ki, Serdar Dursun 2021/22-ci il mövsümündə "Fənərbağça"nın şərəfini qorumuşdu.