"Fənərbağça" Konya səfərinə iddialı yollanıb

Türkiyə çempionluğuna iddialı "Fənərbağça" "Qalatasaray"la xal fərqini aradan qaldırmaq əzmindədir.

Sportline.az xəbər verir ki, ötən gün "Sivasspor"a 6-1 hesabı ilə qalib gələn "Cim-Bom" fərqi artıq 7-ə yüksəldib.

Çempionluq şanslarını qorumaq istəyən "Fənərbağça" bu gün Konya səfərində mütləq qələbə çalmalıdır.

Baş məşqçi İsmayıl Kartal bugünkü oyunda heyətdə bəzi dəyişikliklər edəcək.

"Beşiktaş"la oyunun start heyətində yer almayan Edin Cekonun bu gün ilk dəqiqələrdən meydanda olacağı bildirilir.

Xatırladaq ki, bu komandaların ilk dövrədəki matçında Ceko het-trikə imza atmışdı.

Ümumilikdə isə 38 yaşlı bosniyalı forvard bu mövsüm keçirdiyi 33 oyunda 20 qol vurub.