"Fənərbağça" Mourinyo xəbərini rəsmən təsdiqlədi

"Fənərbağça" Joze Mourinyo ilə danışıqlar apardığını rəsmən təsdiqləyib.

Sportline.az xəbər verir ki, istanbullular bu mövzuya şübhə ilə yanaşanların versiyalarına son qoyublar.

Bu haqda "The Guardian" klubun rəsmi bəyanatına istinadla məlumat yayıb.

Bundan əvvəl yayılan xəbərlərdə "Fənərbağça"nın portuqaliyalı mütəxəssislə iki illik anlaşma əldə etdiyi bildirilirdi.

Qeyd edək ki, Mourinyonun son iş yeri "Roma" klubu olub.