"Fənərbağça" "Neftçi"nin keçmiş futbolçusunu istəyir
Türkiyə nəhənglərindənn sayılan "Fənərbağça" "Neftçinin keçmiş futbolçusu üçün təklif göndərib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-lacivətlər" Mateus Saldaniya üçün "Partizan" klubu ilə danışıqlara başlayblar.
"Fənərbağça" rəsmiləri Saldaniyanın transferini yekunlaşdırmaq və hücum xəttini gücləndirmək niyətindədirlər.
Qeyd edək ki, Mateus Saldaniya da karyerasını Türkiyə Super liqasında davam etdirmək istədiyini bildirib.