"Fənərbağça" özbək futbolçunun transferi ilə bağlı xəbəri təkzib etdi
"Fənərbağça"nın Moskva ÇSKA-sının futbolçusu Abbosbek Fayzullayevlə maraqlanması haqda məlumatlar özünü doğrultmayıb.
Sportline.az championat.com-a istinadla xəbər verir ki, klubun direktorlar şurasının üzvü Səlahəddin Baki bu xəbəri təkzib edib.
"Fayzullayevin qışda "Fənərbağça"ya keçəcəyi ilə bağlı məlumat düz deyil", - deyə Baki bildirib.
Qeyd edək ki, 20 yaşlı özbək yarımmüdafiəçi bu yay "Paxtakor"dan ÇSKA-ya 500 min avroya transfer olunub.