"Fənərbağça" rəsmiləri braziliyalı futbolçu ilə yolları ayırmaq qərarına gəliblər

"Fənərbağça" rəsmiləri heyətdə lazımıqədər futbolçu olduğu üçün bəzi oyunçlarla yolları ayırmaq qərarına gəliblər. 

Sportline.az xəbər verir ki, "sarı-lacivərtlər" Luan Peresin menecerine təcili olaraq klub tapması tapşırığını veriblər. 

29 yaşlı futbolçunun uzun müddətdir zədədən əziyyət çəkməsi klub rəhbərliyini narahat etdiyi üçün yeni mövsümdə futbolçu lisenziyası almaq ehtiyacı duyulmamışdı. 

Qeyde edək ki, "Fənərbağça" klubu ilə 2025-ci ilədək müqaviləsi olan futbolçu da komandadan ayrılmaq istədiyini bildirib.