"Fənərbağça" Roşe xəbərini təsdiqləmədi

"Fənərbağça" Moskva ÇSKA-sının futbolçusu Villian Roşenin xidmətində maraqlı deyil.

Sportline.az xəbər verir ki, klubun direktorlar şurasının üzvü Səlahəddin Baki bunu championat.com-a bildirib.

"Fənərbağça Roşanı transfer etmək istəyir? Bu, yalan informasiyadır", - deyə Baki məsələyə mübasibətini açıqlayıb.

Qeyd edək ki, 28 yaşlı braziliyalı bu mövsüm keçirdiyi 10 oyunda məhsuldarlığı ilə fərqlənməyib.