"Fənərbağça" sabiq "Qalatasaray"lının transferinə hazırlaşır
9 illik çempionluq həsrətinə son qoymağa çalışan "Fənərbağça" heyəti daha da gücləndirmək niyyətindədir.
Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, istanbullular qış transfer pəncərəsində daha bir neçə futbolçunu sıralarına qatmağı planlaşdırırlar.
Onlardan biri hazırda "Hal Siti"də forma geyinən Jan Mişel Seridir.
Qeyd edək ki, 2019-2020 mövsümündə "Qalatasaray"da oynayan yarımmüdafiəçi 37 resmi maçda 2 qol və 4 assistlə yadda qalıb.