"Fənərbağça" Şimanskinin transfer dəyərini açıqladı
"Fənərbağça" Sebastyan Şimanskinin sərbəst qalma qiymətini açıqlayıb.
Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, istanbullular polşalı futbolçunun transfer etmək istəyən klubun 30 milyon avrodan keçməli olduğunu bildiriblər.
24 yaşlı yarımmüdafiəçi bu mövsüm keçirdiyi 14 rəsmi oyunda 8 qol və 4 assist müəllifidir.
Qeyd edək ki, "Fənərbağça" Şimanskini Moskva "Dinamo"sundan transfer etmişdi.