"Fənərbağça" Super Liqanı tərk etməyə hazırlaşır
"Fənərbağça" Trabzonda yaşanan hadisələrə görə Türkiyə çempionatını tərk etməyə hazırlaşır.
Sportline.az xəbər verir ki, bu haqda klubun X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Məsələ aprelin 2-də klubun direktorlar şurasının növbədənkənar iclasında müzakirə olunacaq.
Xatırladaq ki, 30-cu turun "Trabzonspor" - "Fənərbağça" görüşündən sonra meydana axışan yerli azarkeşlərlə qonaq komandanın futbolçuları arasında əlbəyaxa dava olmuşdu.
Hazırda "Fənərbağça" aktivində 79 xal olla ikinci pillədə qərarlaşıb.