"Fənərbağça" təcrübəli yarımmüdafiəçi ilə yeni müqavilə imzalayacaq

"Fənərbağça" klubu təcrübəli yarımmüdafiəçi ilə yenidən müqavilə imzalamaq istəyir.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,"sarı-lacivərtlər" Mərt Hakan Yandaşın komandada qalmasını istədiklərini bildiriblər.

Təcrübəli futbolçu komanda rəsmiləri ilə görüşərək razılıq verib.

Qeyd edək ki , Mərt Hakan Yandaş bu mövsüm çıxdığı 17 oyunda 1 qol, 6 asistlə yadda qalıb.