"Fənərbağça" Türkiyə Kuboku ilə vidalaşıb

Türkiyə Kubokunda 1/4 final mərhələsinə start verilib.

Sportline.az xəbər verir ki,ilk matçda “Fənərbağça” “Ankaragücü”nün qonağı olub.

Oyunda hesabı meydan sahibləri açıblar. Güneren artıq 10-cu dəqiqədə baxımlı qola imza atıb. 33-cü dəqiqədə Xadziyovanis fərqi artırıb. 89-cu dəqiqədə isə Rodriges yekun hesabı müəyyənləşdirib - 3:0.

Beləliklə, İstanbul klubu yarımfinalın bir addımlığında Ankara təmsilçisinə uduzaraq turnirdə mübarizəni dayandırıb. “Ankaragücü” isə yarımfinalda rəqibini gözləyir.