"Fənərbağça" üç futbolçu ilə vidalaşacaq

Mövsümə inamla başlayan "Fənərbağça" 3 futbolçu ilə yolları ayırmağa hazırlaşır.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, baş məşqçi İsmayıl Kartal ehtiyac duymadığı futbolçuların siyahısını rəhbərliyə çatdırıb.

Onlardan biri Luan Peresdir. "Marsel"dən transfer olunan müdafiəçinin oyunu Kartalı qane etmir.

Onunla yanaşı Samet Akaydın və Enrike Linkolnun da komandadan göndəriləcəyi gözlənilir.