"Fənərbağça" ulduz futbolçunu hədəfləyib

Çempionluq uğrunda mübarizə aparan "Fənərbağça" heyəti daha bir ulduz futbolçu ilə gücləndirməyə çalışır.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, İstanbul nəhənginin yeni hədəfi Çağlar Söyüncüdür.

"Sarı - lacivərdlər" "Atletiko"da işləri qaydasında getməyən futbolçunun transferi üçün hərəkətə keçiblər.

Türkiyə millisinin müdafiəçisinin "Fənərbağça"ya keçidi real görünür.

Madriddə karyerası uğurlu alınmayan futbolçunun "Atletiko"nun baş məşqçisi Dieqo Simyonenin də gələcək planlarına daxil olmadığı haqda xəbərlər dolaşmaqdadır.