"Fənərbağça" yenidən liderdir
Türkiyə Super liqasında 15-ci tura yekun vurulub. Son oyun günündə "Fənərbağça" "Sivassporu" qəbul edib.
Sportline.az xəbər verir ki, məhsuldarlığı ilə yadda qalan görüşdə qapılara 5 qol vurulub.
Oyuna daha fəal başlayan "sarı-lacivərtlər" hesabı 17-ci dəqiqədə Şimanskinin qolu ilə açıblar. (1:0) 42-ci dəqiqədə İrfan Can Kahveci fərqi 2-yə yüksəldib. (2:0) 50-ci dəqiqədə Rey Manay fərqi minimum endirib.(1:2) 68-ci dəqiqədə Aladdin Okumuş avtoqol müəllifi olub. (3:1) Edin Ceko 75-ci dəqiqədə görüşdə son nöqtəni qoyub. (4:1).
14 turdan sonar aktivində 37 xalı olan “Fənərbağça” yenidən liderlilyi ələ keçirib. “Sivasspor” 15 xalla 13-cü dür.