"Fənərbağça"da 2 futbolçu birdən ayrılır

İstanbul nəhənglərindən olan "Fənərbağça"nın 2 futbolçusu "Adana Demirspor"a transfer oluna bilər

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "Adana Demirspor"un preizdenti Murat Sancak rəsmi olaraq Samet Akaydın və Mixa Zayçı transfer etmək istədiyini deyib. 

"Fənərbağça"nın icraçı direktoru Selahattin Bakinin futbolçuların transferi ilə bağlı müsbət cavab veridiyi bildirilib.

Qeyd edək ki, "Adana Demirspor"un prezidenti Murat Sancak hər iki futbolçu üçün ümumilikdə 5 milyon avro təklif edib.