"Fənərbağça"da ayrılıq gözlənilir

İngiltərəli futbolçu Rayan Kent “Fənərbağça”dan ayrılmağa hazırlaşır.

Sportline.az Fotomaç.com.tr-yə istinadla bildirir ki, o, bununla bağlı fikrini klub rəsmilərinə bildirib.

26 yaşlı futbolçunun karyerasını İngiltərədə davam etdirəcəyi gözlənilir.

“Şeffild Yunayted” onun üçün “sarı-lacviərtlər”ə təklif göndərib.

Təcrübəli sol cinah hücumçusu qış transfer pəncərəsində icarə əsasında “Şefild Yunayted”ə keçəcəyi bildirilir.

Qeyd edək ki, Rayan Kent “Fənərbağça” forması ilə çıxdığı 10 oyunda 1 qol 2 asistlə yadda qalıb.