"Fənərbağça"da ciddi dəyişiklik olacaq

“Fənərbaxça” klubunun prezidenti Ali Koç iyunda keçiriləcək prezident seçkilərində namizəd olmayacağını açıqlayıb.

Sportline.az xəbər verir ki, o, Ali Şuranın İdarə Heyətinin iclasındakı çıxışında “İnşallah iyun ayında yeni prezident və idarə heyəti olacaq”, - deyib.

Qeyd edək ki, sarı-lacivərtli klub bu mövsüm də çempion ola bilməsə, Ali Koç 7 illik prezidentlik dövründə çempionluq yaşamadan kludan ayrılacaq.