"Fənərbağça"da növbəti ayrılıq
"Fənərbağça" bu mövsüm Emre Morun xidmətinə ehtiyac duymur.
Sportline.az "Fanatik"ə istinadla xəbər verir ki, İstanbul nəhəngi ötən il "Fatihkaragümrük"dən transfer etdiyi futbolçunu icarəyə vermək qərarına gəlib.
Onun adının Konfrans Liqası üçün iştirak ərizəsinə salınmaması da bunu təsdiqləyir.
Qeyd edək ki, Emre Mor ötən mövsüm "Fənərbağça" forması ilə çıxdığı 41 oyunda 6 qol 3 asistlə yadda qalıb.