"Fənərbağça"da şok ayrılıq gözlənilir
Mövsümə uğurlu başlayaraq qələbələri sıralayan "Fənərbağça"da şok ayrılıq gözlənilir.
Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, komandanın aparıcı üzvü Ferdi Kadıoğlu gələn mövsüm "sarı-lacivərt"lərin sırasında olmayacaq.
Bu haqda futbolçunun atası "Fənərbağça"nı çempion eləyib gedəcəyik", - deyib.
Fezlullah Kadıoğlu 23 yaşlı futbolçunun Avropanın aparıcı klublarından aldığı təkliflərdən birini dəyərləndirəcəklərini bildirib.
Qeyd edək ki, 2018-ci ildən "Fənərbağça"nın formasını geyinən Ferdi Kadıoğlu çıxdığı 160 oyunda 15 qol və 18 assistlə fərqlənib.