"Fənərbağça"dan çətin qələbə, "Qarabağ"ın rəqibindən 1 xal

Türkiyə Superliqasında 7-ci tura yekun vurulub.

Sportline.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin rəqiblərindən olan "Sivasspor" səfərdə "Hatayspor"la qarşılaşıb və 1:1 hesablı bərabərə qalıb. "Fənərbağça" isə "Antalaspor"a 2:1 hesabı ilə qalib gəlib.

"Antalyaspor" - "Fənərbağça" - 1:2
Qollar
: Tufan, 49 (0:1), Podolski, 52 (1:1), Perotti, 84-pen (1:2)

"Hatayspor" - "Sivasspor" - 1:1
Qollar
: Qradel, 6 (0:1), Akintola, 8 (1:1)

Qeyd edək ki, hazırda "Fənərbaxça" 17 xalla 1-ci, "Alanyaspor" 16 xalla 2-ci, "Qalatasatay" 13 xalla 3-cüdür. "Sivasspor" 8 xalla 10-cu, "Hatayspor" eyni xalla 12-cidir.