"Fənərbağça"dan derbi öncəsi bəd xəbər

"Fənərbağça"nın təcrübəli müdafiəçisi Sərdar Aziz zədə üzündən derbi matçında meydanda olmayacaq.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, məşq zamanı zədələnən futbolçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

"Fəbərbağça" klubunun həkimləri Sərdar Azizin sağ ayağında ciddi problem aşkar ediblər.

Qeyd edək ki, daha öncə mediaya açıqlama verən Sərdar Aziz "Beşiktaş"la derbi matçında oynamaq istədiyini demişdi.