"Fənərbağça"dan təkzib: "Bu, yalan məlumatdır"

Moskva ÇSKA-sının "Fənərbağça"nın futbolçusu İrfan Can Kahveci üçün təklif göndərməsi bildirilirdi.

Sportline.az xəbər verir ki, bu məsələyə aydınlıq gətirmək üçün "Fənərbağça"nın İdarə Heyətinin üzvü Səlahəddin Baki SE-yə danışıb.

"ÇSKA-nın İrfan üçün bizə 10 milyon avro ödəməyə hazır olması ilə bağlı yayılan məlumatlar yalandır. Biz ÇSKA-dan təklif almamışıq, ona görə də bu məlumat doğru deyil”, - Baki SE-yə bildirib.

Qeyd edək ki, parlaq dövrünü yaşayan Kahveci cari mövsüm 21 oyunda 9 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.