"Fənərbağça"dan yüksək göstərici
Türkiyə Superliqasının 7-ci turunda "Antalyaspor” üzərində qələbə (2:1) "Fənərbağça" üçün əlamətdar olub.
Sportline.az xəbər verir ki, İstanbul klubu 2011/12 mövsümündən bəri ilk dəfə Superliqada ilk yeddi oyundan məğlubiyyətsiz ayrılıb.
Qeyd edək ki, “Fənərbağça” bu mövsüm keçirdiyi 7 oyundan 5-də qalib gəlib, 2 görüşdə heç-heçə edib. Hazırda 17 xalla lider olan komanda 2011/12 mövsümündə də bu qədər xal toplamışdı. Həmin mövsümdə “Fənərbağça”nın ilk məğlubiyyəti 10-cu tura təsadüf etmişdi.