“Fənərbağça”nın 2 futbolçusu zədələnib

"Fənərbağça"nın 2 futbolçusu zədə səbəbindən komandaya kömək edə bilməyəcək. 

Sportline.az xəbər verir ki, "sarı lacivərtlər" İrfancan Kahveci və Osai Samuelin 4 həftə yaşıl meydanlarda olmayacağını bildiriblər.

Komandanın həkimləri futbolçuların zədəsinin ciddi olmadığını amma risk yaratdığını bikdiriblər. 
Qeyd edək ki, "Fənərbağça" "Kasımpaşa" ilə bu gün saat 20:00-da üz-üzə gələcək.