"Fənərbağça"nın 25 yaşlı braziliyalı cinah müdafiəçisi geri qayıdıb
"Fənərbağça"nın braziliyalı 25 yaşlı cinah müdafiəçisi Linkoln Henrike zədəsini sağaldıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,braziliyalı futbolçu 19 mart 2023-cü ildı UEFA Avropa liqasının seçmə mərhələsində "Sevilya" ilə matçda zədələndikdən sonra uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı.
Uzun müddət zədədən əziyyət çəkən sol cinah müdafiəçisi 10 ya sonra yenidən yaşıl meydanlara qayıdıb. Linkoln Henrike "Adanaspor"la matçda forma geyinmə şansı əldə edib.
Qeyd edək ki, 25 yaşlı futbolçu ötən gecə keçirilən görüşdə 1 qol,1 məhsuldar ötürmə ilə yadda qalıb.