"Fənərbağça"nın Asamoa sevdası

Türkiyənin "Fənərbağça" klubu müdafiənin sol cinahına alternativ variantlar axtarır.

Sportline.az xəbər verir ki, İstanbul klubu "İnter"in futbolçusu Kvadvo Asamoanı rənglərinə bağlamaq istəyir. Milan təmsilçisi 2021-ci ilin yayında müqaviləsi başa çatacaq 31 yaşlı oyunçunu satmağa hazırdır. "Sarı-lacıvərdlilər"in qanalı cinah futbolçusu üçün təklif yollayacağı gözlənilir.

Asamoa bu mövsüm 11 oyun keçirib və 1 assist edib.