"Fənərbağça"nın baş katibi futboldan uzaqlaşdırıla bilər
"Fənərbağça" klubunun baş katibi Burak Kızılhan "Sivasspor"la oyundan sonra sosial media hesabında etdiyi paylaşıma görə futboldan uzaqlaşdırılma təhülkəsi ilə üzləşib.
Sportlin.eaz Sporx.com.tr-yə istinadla xəbər verir ki, təcrübəli iş adamı oyundan sonra baş hakim və köməkçilərini ağır ifadələrlə tənqid edib. Bu səbəbdən Türkiyə Peşəkar Futbol İntizam Şurasına cəlb olunub.
Şuradan verilən məlumata əsasən məsələ ilə bağlı ən qısa zamanda açıqlama veriləcəyi gözlənilir.
Qeyd edək ki, Burak Kızılhan etdiyi hərəkətin yalnış olmadığını və baş hakimin cəzalandırılmalı olduğunu bildirib.