"Fənərbağça"nın braziliyalısı geri dönür

"Fənərbağça"nın braziliyalı futbolçusu Joao Pedru komandanın düşərgəsinə qayıdacaq.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin "Qremio"da işləri qaydasında getmir.

Onun yaxın vaxtlarda İstanbula dönəcəyi bildirilir.

Qeyd edək ki, "Fənərbağça" Pedrunu İtaliyanın "Kalyari" klubundan transfer etmişdi.

Pedro bu mövsüm “Qremio” forması ilə çıxdığı 8 oyunda 1 qol, 1 asis ilə yadda qalıb.