"Fənərbağça"nın ÇL-də mümkün rəqibləri bəlli olub

Super Liqanı 99 xalla 2-ci pillədə başa vuran “Fənərbağça” 2024-2025 mövsümündə Avropa macərasına Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən başlayacaq.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Çempionlar Liqasında qruplara vəsiqə qazanmaq üçün mübarizə aparacaq "Fənərbağça"nın 2-ci və 3-cü təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

Türkiyə təmsilçisi 2-ci təsnifat mərhələsində Serbiyanın “Partizan” və ya İsveçrənin “Luqano” komandası ilə qarşılaşacaq.

“Fənərbaxça”nın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində isə 4 mümkün rəqibi var:

"Reyncers" (Şotlandiya), "Lill" (Fransa), "Zalsburq" (Avstriya) və "Slaviya Praqa" (Çexiya).

Qeyd edək ki, "sarı-lacivərtlilər" bu 2 mərhələni keçəcəyi təqdirdə pley-off'da oynamağa haqq qazanacaq.