"Fənərbağça"nın futbolçusu 1-ci liqa klubuna transfer olunub

"Fənərbağça" klubunun 21 yaşlı hücumçusu 1-ci liqa klubuna trasnfer olunub. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Ümraniyespor" klubu21 yaşlı türkiyəli hücumçu Tiaqo Çukuru icarə əsasında transfer etdiyini bildirib.

"Fənərbağça" forması ilə ümumilikdə 19 görüşdə meydana çıxan Tiaqo Çukur cəmi 3 asistlə yadda qalıb. 

Qeyd edək ki, Tiaqo Çukur 2026-cı ilin iyul ayınadək "Fənərbağça" klubuna aitdir.