"Fənərbağça"nın futbolçusu La Liqada
“Fənərbaxça”nın futbolçusu Migel Krespo karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Sportline.az xəbər verir ki, o, İspanyanın “Rayo Vallekano” klubuna icarəyə verilib.
Futbolçu mövsümün sonunadək sözügedən komandanın formasını geyinəcək.
Portuqaliyalı yarımmüdafiəçi 2021-2022 mövsümündə “Estoril”dən 1.5 milyon avro qarşılığında “Fənərbaxça”ya transfer olunub.
Burada 80 oyuna çıxan Kresponun aktivində 5 qol və 7 məhsuldar ötürmə var.