"Fənərbağça"nın futbolçusu "Qalatasaray"ın hədəfində

"Fənərbağça"nın futbolçusu Sebastyan Şimanski inamlı çıxışı ilə iddialı klubların hədəfinə düşüb.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, polşalı yarımmüdafiəçi ilə ciddi maraqlanan klublardan biri "Qalatasaray"dır.

Bu haqda futbolçunun meneceri Mariuş Pyekarski Polşa mətbuatına açıqlama verib.

Onun sözlərinə görə "cim-bom"la yanaşı "Mançester Yunayted" də Şimanskinin xidmətində maraqlıdır.

Qeyd edək ki, "Fənərbağça"nın futbolçusu bu mövsüm meydana çıxdığı 16 oyunda 8 qol, 4 assistlə yadda qalıb.