"Fənərbağça"nın futbolçusu Rusiya nəhənginin hədəfində

“Fənərbaxça”nın oyunçusu İrfan Can Kahveci CSKA-nın hədəfindədir.

Sportline.az Çubuklu Sports-a istinadla xəbər verir ki, "hərbiçilər" yarımmüdafəçi ilə ciddi maraqlanırlar.

28 yaşlı futbolçu “Gənclərbiriliyi” klubunun yetirməsidir. Hücumun sağ cinahında da oynaya bilən yarımmüdafəçi 2021-ci ildən Türkiyə klubunda çıxış edir.

Bütün turnirlər daxil olmaqla bu mövsüm 32 oyuna çıxan Kahvecinin aktivində 12 qol, 9 məhsuldar ötürmə var.

Hazırki klubu ilə 2025-ci ilə qədər müqaviləsi olan oyunçunun Transfermarkt portalında dəyəri 9 milyon avrodur.

CSKA Birinci dövrəsi başa çatan Rusiya cempionatıda 8-ci pillədə qərarlaşıb.

Vladimir Fedotovun komandası 18 oyuna 28 xal toplayıb.