"Fənərbağça”nın sabiq baş məşqçisi xəstəxanaya yerləşdirilib
Bir vaxtlar “Fənərbağça”nı çalışdırann Zdenek Zeman xəstaxanaya yerləşdirilib.
Sporline.az Ntvspor.net-ə istinadla xəbər verir ki,1999-2000 ci illərdə Fənərbağcaya rəhbərlik edən çexiyalı məşqçi Zdenek Zeman sağlıq problemləri ilə bağlı xəstəxanaya yerləşdirilib.İtaliya mətbuatında yer alan xəbərədə 76 yaşlı məşqçinin karodit arteriyasına qoyulan stentlərdən birində problem olduğu və ikinci dəfə əməliyyat oluna biləcəyi bildirilib.
Qeyd edək ki, Zeman 10 gün əvvəl narahatlığına görə ilk əməliyyatını keçirmişdi.Çexiyalı mütəxəssis sağalma müddətinin 4-6 ay arası çəkəcəyini nəzərə alaraq, İtaliya Seria C komandalarından “Peskara”dan ayrılmışdı.Onun yerinə bu vəzifəyə Qiovanni Bukaro təyin olunub.