"Fənərbağça"nın sabiq çalışdırıcısı Səudiyyə Ərəbistanında

“Fənərbaxça”nın sabiq baş məşqçisi Vitor Pereyra bundan sonra “Əl Şabab” klubuna rəhbərlik edəcək.

Sportline.az xəbər verir ki, onunla mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis 10 ildən sonra yenidən Səudiyyə Ərəbistanına qayıdıb.

O, 2013-2014 mövsümündə SPL komandalarından “Əl-Əhli”nin uğurları üçün çalışıb.