“Fənərbağça”nın sabiq futbolçusu “Qalatasaray”da
“Fənərbağça”nın sabiq futbolçusu Vedat Muriç “Qalatasaray”ın təklifini qəbul edib.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “Malyorka”da çıxış edən futbolçu yenidən Türkiyə Super liqasına dönmək istədiyini deyib.
Vedaş Muriçin “Qalatasaray”dan gələn təklifi qəbul etdiyi bildirilir.
Qeyd edək ki, Vedat Muriç 2019-20 mövsümündə “Fənərbağça” forması ilə çıxdığı 36 oyunda 17 qol 7 asist ilə yadda qalıb.