"Fənərbağça"nın ulduz futbolçusu AVRO 2024-dən kənarda qalıb

Domenike Tedeskonun rəhbərlik etdiyi Belçikanın AVRO-2024 üçün heyəti açıqlanıb.

Sportline.az Trtspor.com-a isitnadla xəbər verir ki, "Fənərbağça"nın ulduz futbolçusu Mişi Batşuayi milliyə dəvət almayıb.

30 yaşlı hücumçu bu mövsüm çıxdığı 43 oyunda 24 qol vurub, 3 asist edib.

Qeyd edək ki, Türkiyə Super Liqasında çıxış edən digər belçikalı Tomas Mönier AVRO 2024-ün heyətinə daxil edilib.